Tolik hirsləndi: "Mənim ağzımı açma"

Samir Cavadzadə Natəvanla Röyanın arasını vuranlardan söz açdı

Müğənni Samir Cavadzadə ATV-nin "10lar" proqramında qalmaqala səbəb olacaq açıqlama verib. Anspress-in məlumatına görə, o, soyuq münasibətdə olan Natəvan Həbibi ilə Röya Ayxan arasında yaranan incikliyin səbəbini belə şərh edib: "Günah bu müğənnilərin özlərindədir ki, yanlarında işləyənləri tanımırlar və onlar da arada gedib-gəlib soyuqluq yaradırlar. Bəzi prodüserlər var ki, bilmirlər kiminlə işləsinlər, gah onun yanına, gah bunun yanına gedir və özlərinə yer tapa bilmirlər. Müğənnilərin arasını vuran da məhz belə prodüserlərdir". Tanınmış prodüser Tolik vaxtilə adıçəkilən hər iki sənətçi ilə işlədiyindən, hər kəs Samir Cavadzadənin ondan danışdığını düşünüb. Verilişdən dərhal sonra Tolik sosial şəbəkə vasitəsilə məsələyə münasibət bildirib: "Mən Bakıda yoxam, amma əslində Samirlə münasibətim yaxşıdır. Samir mənim adımı çəkməyib. Əgər dediklərini mənə aid eləyibsə, Samirə deyim ki, Natəvan da Röyanın tayıdır. Çünki ikisi də bir-birinin arxasınca olmayanları deyib, sonra kamera qarşısında öpüşüb-görüşürlər.
İstər Natəvan olsun, istər Röya, ikisindən də nə asılacağım var, nə də ki çəkinəcəyim. Əgər indi Natəvan Röyaya "evimin içi" deyirsə, ya da Röya ona. Neçə vaxt əvvəl aralarında yaranan soyuqluğu mən deyərəm. Nəyin və kimin üstündə olub deyərəm. Sən isə, Samir, məni yaxşı tanıyırsan, ağzımı açma. Yenə Röyanın kölgəsində gəzib, özünü "ulduz" saydın. Amma mənim üçün ulduz yoxdur. Hamısına deyiləsi sözüm var, sən də onlarin içində!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31