Ajda Pekkanın 44 il öncə yazdığı məktub ortaya çıxdı

44 il öncə Mehmet Bigenlə sevgili olan müğənninin yalanı ortaya çıxıb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni bir müddət öncə Mehmet Birgenlə sevgili olması haqda yayılan şayiələri rədd edib. Lakin müğənninin 44 il öncə Birgenə yazdığı məktub söylənilən fikirləri təkzib edir. Ajda Pekkan 44 il öncə yazdığı məktubda özünü çox qərib hiss etdiyini Birgeni çox sevdiyini yazıb: "Sənsiz özümü çox qəribə, bəzən əri xaricdə olan bir qadın, bəzən isə təmiz və bakirə ev qızı kimi hiss edirəm. Həyatım boyu heç vaxt kimisə səni sevdiyim kimi sevməmişdim".

Qeyd edək ki, 44 il öncə Ajda Pekkanla böyük sevgi macərası yaşayan Mehmet Birgen daha sonra ailə həyatı qurduğu qadından dünyaya gələn qızına da onun adını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31