Cavanşir kimi “kitayskiy kloun” adlandırdı?
Artıq müğənni kimi fəaliyyətə başlayan sevilən jurnalist Cavanşir Babəlioğlu bu dəfə də özünü Rihannaya və Ajda Pekkana bənzədənlərin bostanını daşlayıb
22 May 2013 14:09 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, Cavanşir bu haqda "Facebook"da paylaşdığı statusunda yazıb. O, bir zamanlar özünü Nazpəri Dostəliyevaya bənzədənlər tellərini də müğənnidə olduğu kimi qısa kəsdirdiyini yazıb. Cavanşir yazdığı statusda Rihanna və Ajda Pekkanın heç kəs tərəfindən əvəz oluna bilməyəcəyini qeyd edərək, özlərini onlara bənzədənlərin çox gülünc imic yaratdığını da vurğulayıb: "Necə olur ki, filankəsi Azərbaycanı Rihannası və ya Ajda Pekkanı elan edirlər. Bu "bozik"lər başa düşmürlər ki, "paddeka"dan heç vaxt orijinal olmur. Rihannaya xəbər çatmasa da, Ajda Pekkan "kitayskiy kloun"larına yüz faiz baxaraq gülür".