Nazpəri Dostəliyevanın vəkili: “Hakim Emin Mehdiyev səsləndirdiyim fikirlərlə razılaşsa da...”

Xalq artisti Nazpəri Dostəliyevanın vəkili Səyyad bəy "OLAYLAR"a verdiyi açıqlamasında şikayətçi tərəf İlhamə Quliyeva ilə tərəflər arasında baş tutan məhkəmə prosesi haqda məlumat verib: "İlhamə xanımın verdiyi iddiada heç bir maddi və mənəvi zərərin sübutu yoxdur. Qanuna görə zərər çəkdiyini iddia edən şəxs hansı maddi və mənəvi zərərin dəydiyini də sübut etməlidir. Hakim məhkəmə prosesində səsləndirdiyim fikirləri dinləyərək hətta mənə təşəkkür də etdi. Hakim Emin Mehdiyev səsləndirdiyim fikirlərlə razılaşsa da prosesin məhkəmə baxışına keçirilməsini zəruri hesab etdiyi üçün ilkin baxışdan sonra məhkəmənin növbəti dəfə bu mövzunu daha geniş araşdırmasını tövsiyə etdi". Ümumi baxışda da hakimin qərəzsiz qərar qəbul edəcəyini düşünən vəkil növbəti məhkəmənin gələn ayın 10-da keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmə prosesində Xalq artisti Nazpəri Dostəliyeva iştirak etməyib. Müğənninin vəkili ona verilən etibarnaməyə görə, Nazpəri Dostəliyevanın adından qərar qəbul edə, hansısa müqavilə imzalaya bildiyi üçün onun adından çıxış edərək hüquqlarını qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31