İlhamə Quliyevanın məhkəməsi başlandı

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan və Dağıstanın Xalq artisti, Dünya sülh səfiri İlhamə Quliyevanın Xalq artisti Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafisəi və dəymiş zərərin ödənilməsinə dair iddiası üzrə mülki işin hazırlıq iclası keçirilib. Bu barədə İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli "OLAYLAR" a verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə İlhamə Quliyevanın iddia ərizəsi qanuni olduğu üçün iş məhkəmə baxışına təhvil verilib. Məhkəminin növbəti icalası iyunun 10-da olacaq. Xatırladaq ki, İlhamə Quliyeva şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafisəi və dəymiş zərərin ödənilməsinə dair qarşı tərəfə mülki iddia qaldırıb. Sənətkar Nəsimi Rayon Məhkəməsindən xahiş edib ki, qarşı tərəfdən maddi ziyana görə 200 min, mənəvi zərərə görə isə 500 min tutularaq ona verilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31