Nizami Kino Mərkəzində “Əsgər atası” bədii filminin nümayişi olub

Tanınmış gürcü kinorejissoru, SSRİ Xalq Artisti Rezo Çxeidzenin 1964-cü ildə çəkdiyi, 2013-cü ildə müasir texnologiya ilə rəngli bərpa olunmuş "Əsgər atası" bədii filminin nümayişi olub. Filmin təqdimatından öncə Nizami Kino Mərkəzində Rezo Çxeidzenin rəhbərlik etdiyi Gürcüstan kinematoqrafçılarından ibarət nümayəndə heyətinin iştirakı ilə mətbuat konfransı da keçirilib. "Əsgər atası" bədii filminin nümayişinə giriş sərbəstdir, marağı olan hər kəs iştirak edə bilər. Qeyd edk ki, son illər bir çox sahələrdə olduğu kimi mədəniyyət aləmində də Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Belə ki, öncəki illərdə olduğu kimi cari ildə də Gürcüstanda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində bir sıra işlər görülüb ki, bunun da xeyli hissəsi kino sahəsinin payına düşür. Buna Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin yaxından dəstəyi ilə reallaşan bir çox tədbirləri - M.F.Axundzadəyə həsr olunmuş "Sübhün səfiri" filminin Tbilisidə nümayişini, Gürcüstanda keçirilən Azərbaycan Kinosu Günlərini, "Gürcü aktyorları Azərbaycan kinosunda" adlı tədbirin keçirilməsini misal göstərmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31