Gənc müğənni Cavidan Novruz yeni klipini təqdim etdi VIDEO
21 May 2013 11:08 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, yenicə təqdimatı olan "Onun adı sevgi idi" mahnısına çəkilən klip hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Təqdimat mərasimində müğənni yeni albom üzərində işlədiyini də qeyd edib: "Yeni albom üzərində işlər davam edir. İnşallah sentyabradək bu albomu məni sevənlərə təhvil verəcəyəm". Albomla bağlı işlərinin tamamladıqdan sonra müğənni "Gəl gör məni eşq neylədi" adlı mahnısına da klip çəkdirəcək. Cavidan Novruz yeni albomu ilə çəkdirəcəyi klipin təqdimatının eyni gündə etməyi qərarlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31