“La Casa De Papel”in yeni mövsümünün yayım tarixi açıqlandı – VİDEO
25 May 2021 10:30 Mədəniyyət"Netflix"in ən populyar telelayihələrindən olan "La Casa De Papel" (Kağız ev) serialının növbəti mövsümünün tanıtım videoçarxı təqdim olunub.
"Haber Global"ın məlumatına görə, fenomen ekran əsərinin yayım tarixləri də açıqlanıb.
Beləliklə də, serialın 5-ci mövsümü hər biri 5 seriyadan ibarət olan iki hissədə izləyicilərə təqdim olunacaq. İlk hissə sentyabrın 3-dən, ikinci hissə isə dekabrın 3-dən etibarən yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31