Kann kinofestivalında daha bir oğurluq
20 May 2013 20:58 MədəniyyətFransanın Kann şəhərində keçirilən beynəlxalq kinofestivalda ikinci oğurluq hadisəsi baş verib. Milli.Az The Hollywood Reporter-ə istinadən bildirir ki, Çinin ən böyük kinoşirkətinin vitse-prezidenti Çjan Syanın əşyaları oteldəki otaqdan oğurlanıb.
Oğurluğa və otel əməkdaşlarının fəaliyyətsizliyinə etiraz edən Syan amerikalı aktyor Kianu Rivzin rejissor debütü olan filmlə bağlı mətbuat konfransına qatılmaqdan boyun qaçırıb.
Ötən həftə Kann şəhərində "Chopard" brendinin zinət əşyaları olan seyf oğurlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31