Ebru Gündeş növbəti beyin qanaması keçirib?
20 May 2013 20:25 MədəniyyətTürkiyənin tanınmış müğənnisi Ebru Gündeş Kiprdəki konsertini ləğv edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb ifaçının səhhətində yaranan problem olub. Həkimlər tərəfindən başgicəllənmə dioqnozu qoyulan sənətçiyə təyyarəyə minmək və səhnəyə çıxmağa icazə verilməyib. 14 ildə ilk dəfə konsertini təxirə salmaq məcburiyyətində qalan Ebru bu haqda münasibət bildirib: "Səlahiyyətli şəxslərin anlayışlarına və dəstəklərinə görə minətdaram. Ora gələcək qonaqlardan da üzr istəyirəm. İnşallah, sağaldıqdan sonra Kiprdə konsert verəcəm".
Qeyd edək ki, müğənni Ebru Gündeş 1999-cu ildə beyin qanamasına görə, uzun müddət xəstəxanaların birində müalicə alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31