Zarinadan yeni xit VIDEO
20 May 2013 15:46 MədəniyyətGənc və iddialı müğənni Zarina Məmmədova xit olacaq mahnı ərsəyə gətirib. İfaçı sözləri və musiqisi Hacı Nazim Məmmədova məxsus "Sonra" mahnısını artıq internet istifadəçilərinin ixtiyarına buraxıb.
Bəstəkar Nazimlə ilk dəfə iş birliyinə başlayan Zarina ifa etdyi "Sonra" mahnısını özü də çox bəyənir: "Bir neçə yeni mahnını yazdırsam da, dinləyicilərə məhz bunu təqdim etmək istədim. Mahnının qəlbə yaxın tempi var. Nə lirikadır nədə dinamik. Bir çoxları deyir ki, yayda yalnız dinamik mahnı təqdim etmək lazımdır. Ancaq mən düşünürəm ki, yaxşı mahnı fəslə baxmır. Nazim gözəl bir məhsul yaradıb". Mahnının yazılması türk peşəkarlarının da zəhməti olub. Tütək alətinin ifaçısı yaxşı tanıdığımız musiqiçi Coşğun Sadığov gitaranı ifa edən isə məşhur türk musuqiçisi Sərhan Yasdımnadır. "Sonra"nın aranjmanı Uzik Addul Cabbara məxsusdur. Musiqidə bek-vokalları da eşitmək olar. Zarina ilə birgə bəstəkar və mahnının aranjemançısı da oxuyub.
"Sonra" haqda Nazim də açıqlama verdi. Bəstəkarın sözlərinə görə, o, bu mahnını özü üçün yazmışdı : " Sonra "nı ərsəyə gətirəndə özüm ifa etmək istəyirdim. Mən nadir hallarda oxuyuram. Ancaq oxusam gərək bu çox gözəl mahnı ola. Zarina xanım müraciət edəndə məndən yazdığım ən yaxşı mahnını istədi. Məndə özümündən asılı olmadan məhz bunu təqdim etdim. Zarina xanımın böyük səs imkanları var. Əminəm ki, mahnı tez bir zamanda seviləcək ". Xatırladaq ki, Zarina hazırda təşkilatçı Nahid Eminoğlunun təşəbbüsü ilə türkiyəli ulduz Sərdar Ortacla birgə konsert verməyə hazırlaşır. 25 may tarixində simalar birgə paytaxtın Buta Palace səhnəsində çıxış edəcəklər.