"Eurovision 2013": ermənilər də bunu etiraf etdilər...
20 May 2013 13:48 MədəniyyətÖtən gündən etibarən sosial şəbəkələrdə "Eurovision" mahnı müsabiqəsi ilə bağlı müzakirələr səngimək bilmir. Azərbaycan təmsilçisi Fərid Məmmədovun çıxışını Avropa ictimaiyyəti daha çox bəyənib. Təsadüfi deyil ki, Fərid müsabiqənin yekununda 234 bal yığaraq ikinci yerə çıxıb. Fəridin "Hold me" mahnısı "Eurovision" müsabiqəsinin rəsmi Youtube səhifəsinə də yüklənib. Milli.Az xəbər verir ki, həmin videonun altında avropalı musiqi sevərlər öz rəylərini yazaraq Fəridin çıxışını çox bəyəndiklərini qeyd ediblər. Fəridin çıxışına ən çox səs verənlər isə rusiyalı İnternet istifadəçiləri olublar.
Bu şərhlər arasında ermənilərin riyakar və paxıllıq hissindən hali olmayan şərhlər olsa da, bəzi ermənilər öz soydaşlarına tövsiyə ediblər ki, Azərbaycan təmsilçisinin gözəl çıxışına paxıllıqla münasibət bildirməsinlər. Həmin şərhçilər "Hold me" mahnısının və səhnə performansının möhtəşəm olduğunu etiraf ediblər.