"Muhteşem yüzyıl"ın ulduzu: "Başları xarab olub?!"

Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"da Sultan Süleyman rolunu oynayan aktyor Halit Ergencin xanımı Bergüzar Korellə boşandığı iddiaları dolaşır
B.Korel Türkiyənin ATV telekanalındakı "Karadayı" serialında Feride rolunu oynayır. Milli.Az AHT-yə istinadən bildirir ki, Halit və Bergüzarın boşanması iddiaları Yunanıstan, bir də Serbiya mediasında xüsusilə müzakirə olunur.
İddiaları H.Ergenc belə cavablayıb: "Başları xarab olub?! Nə boşanma?! Allah eləməsin".
Bergüzar Korelin cavabı daha sərt olub: "Bu iddiaları yayanların mənəviyyatına və əqlinə şübhəm var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31