Fərid Məmmədov İsveçdən əli dolu qayıdır
Təmsilçimiz “Marsel Bezencon Artistik Avard” mükafatına layiq görüldü
20 May 2013 13:15 Mədəniyyət"Eurovision 2013" mahnı müsabiqəsində Azərbabaycana 2-cilik qazandıran Fərid Məmmədov vətənə mükafatsız qayıtmır. ANS PRESS-in məlumatına görə, müsabiqənin favoriti olan təmsilçimiz həm də ən yaraşıqlı kişi iştirakçı seçilərək "Marsel Bezencon Artistik Avard" nominasiyası ilə mükafatlandırılıb. Bu mükafat "Eurovision" müsabiqəsinin şərhçiləri tərəfindən ən çox səs qazanmış iştirakçıya təqdim edilir.
Mükafatın adını daşıdığı Marsel Bezencon isə "Eurovision" müsabiqəsinin ideya müəllifidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31