Rusiyalı seks-simvol Fərid Məmmədova vuruldu

Məşhur aparıcısı Anfisa Çexova: "Azərbaycan ifaçısı necə də seksualdır"

"Eurovision 2013" mahnı müsabiqəsində ölkəmizə ikinciliyi qazandıran Fərid Məmmədov səsi ilə yanaşı görünüşüylə də çoxlarının rəğbətini qazanıb. Rusiyanın məşhur aparıcısı Anfisa Çexova təmsilçimizə heyran olub.O, Fərid haqda "Twitter"dəki profilində bunları yazıb: "Azərbaycan ifaçısı necə də seksualdır. Çıxışını da çox bəyəndim. Gecədə bəyəndiyim ən yaxşı mahnı idi. Bircə rəqs edən qız yerində deyildi. O, kölgə kimi görünsəydi, daha yaxşı olardı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31