"Eurovision"da Azərbaycan müğənnisinə səs verən erməni (FOTO)

Melina Arzumanyana hücumlar başlayıb

"Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədova ermənilər də səs verib. ANS PRESS-in məlumatına görə, bunu açıq şəkildə bəyan edənlər də var. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz bloqunda belə yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!".Bundan sonra erməni istifadəçilər Melina Arzumanyana qarşı hücumlara başlayıblar. "Virtual terror"dan bezən Arzumanyan bloqunu gizlətməyə məcbur olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31