Azərbaycan təmsilçisi "Eurovision 2013"də ikinci oldu
Fərid Məmmədov 201 balla yalnız Danimarka təmsilçisi Emmelie De Forest-Only Teardropsdən geri qalıb
19 May 2013 04:33 Mədəniyyət"Eurovision 2013"ün qalibi Danimarka oldu. ANS PRESS-in məlumatına görə, Azərbaycan 2-ci yerin sahibi oldu. Ukrayna təmsilçisi Zlataya nəsib oldu.Azərbaycan bu ölkələrin verdiyi səslərlə ikinci oldu; Hollandiya 2, San-Marino 2, Albaniya 7, Rumıniya 10, İspaniya 7, Moldova 8, Macarıstan 12, Avstriya 12, İsrail 12, Serbiya 5, Ukrayna 10, Belorus 10, Latviya 3, Bolqarıstan 12, Belçika 5, Rusiya 12, Malta 12, Almaniya 4, Fransa 8, Yunanlstan 12, İrlandiya 2, Montoneqro 12
00:15:00
Bir neçə dəqiqədən sonra İsveçin Malmö şəhərində keçirilən 58-ci "Eurovision Mahnı Müsabiqəsinin final mərhələsi başlayır. ANS PRESS-in məlumatına görə, 26 ölkə təmsilçisinin mübarizə apardığı final şousuna Bakı vaxtı ilə saat 00.00-da start veriləcək. Qalib olmaq uğrunda 26 ölkə təmsilçisi yarışacaq. Püşkatmanın nəticələrinə əsasən finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir: 1. Fransa, 2. Litva, 3. Moldova, 4. Finlandiya, 5. İspaniya, 6. Belçika, 7. Estoniya, 8. Belarus, 9. Malta, 10. Rusiya, 11. Almaniya, 12. Ermənistan, 13. Hollandiya, 14. Rumıniya, 15. Böyük Britaniya, 16. İsveç, 17. Macarıstan, 18.Danimarka 19. İslandiya, 20. Azərbaycan, 21. Yunanıstan, 22. Ukrayna, 23. İtaliya, 24. Norveç, 25. Gürcüstan, 26. İrlandiya.
"We are one"- Biz birik şüarı ilə İsveçin ev sahibliyi etdiyi Eurovision 2013 Mahnı Müsabiqəsinin qalibi bu gecə məlum olacaq. Bu ölkələrdən 20-si mayın 14 və 16-da keçirilən yarımfinallardan seçilib. 6 ölkə, müsabiqənin yaradıcılarından hesab edilən Böyük beşlik - İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa və ev sahibi İsveç təmsilçiləri bu gün birbaşa finalda yarışacaq. Azərbaycan təmsilçisi Fərid Məmmədov səhnəyə 20-ci çıxacaq. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirəcək.
Fərid Məmmədovu səhnədə iki rəqqas müşaiyət edir. Onlar hər ikisi simvolik obrazları canlandırır. Bu rəmzi obrazlardan birini Rusiyanın peşəkar rəqs ustası Aleksandr Kuzmenko ifa edir. Ölkə təmsilçimizin səhnə performansına bir çox Eurovision qalibləri ilə işləyən Fokas Evanqelinos quruluş verib. Azərbaycanın təmsilçisi builki favoritlər siyahısındadır. Fəridin çıxışını və ifaçılıq bacarığını onun rəqibləri də yüksək qiymətləndirir.
Qalibi 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edəcək. Onu da qeyd edək ki, artıq müsabiqədə yarışan ölkələrin münsiflər heyəti öz səsvermə nəticəsini təmsilçilərin dünən juri finalındakı çıxışına görə müəyyənləşdirib. Bu gün isə 39 ölkə tamaşaçıları sonuncu ifaçının çıxışından sonra15 dəqiqə ərzində səs verəcək. Azərbaycan tamaşaçısı ölkə təmsilçimiz istisna olmaqla, bəyəndikləri ifaçının səhnəyə çıxış nömrəsini, mobil telefonlardan 9450-yə yollamaqla ona səs göndərə bilərlər. Azərbaycandan digər ölkə təmsilçilərinə verilən xallar bugünkü 13-cü açıqlanacaq. Müsabiqə Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Şounu Petra Mede və Green Roomda 2011-ci ildə İsveçi Eurovision mahnı Müsabiqəsində təmsil edən Eric Saade aparacaq. Final şousunu İctimai Televiziya və radiosu vasitəsilə canlı izləyə və dinləyə bilərsiniz.