“Evdə tək”in qəhrəmanı ölümlə üz-üzədir
Uşaqların sevimlisi olan “Evdə tək” filminin 32 yaşlı qəhrəmanı Maculay Culkin ölüm ayağındadır
17 May 2013 18:38 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həddindən artıq siqaret çəkən məşhur aktyor bununla bağlı səhhətində yaranan bir sıra xəstəliklərdən əziyyət çəkir. Gün ərzində 60 siqaret çəkən Culkinin səhhətində xərçəng riski müşahidə edilir. Məşhurun yaxınları və dostları onu bu vərdişdən xilas etməyə çalışdıqlarını dsə də Culkinin bu sözlərə məhəl qoymadığını da qeyd ediblər. Bundan başqa mediada onun haqqında yayılan məlumatların birində Culkinin narkotika istifaddəçisi olması, bu yaxınlarda bacısının da bu vərdişdən imtina edə bilmədiyi üçün dünyasını dəyişdiyi qeyd edilib. Qeyd edək ki, 2007-ci ildə sonuncu "Sexy and Breakfast" filminə çəkilən aktyor hazırda Nyu-Yorkda klubların birində dj kimi fəaliyyət göstərək pul qazanır.