Filipp Kirkorov Fərid Məmmədova səs istədi VIDEO
"Mən qonaqpərvər Bakıya səs verməyə çağırırıam"
17 May 2013 18:37 MədəniyyətRusiyanın xalq artisti Filipp Kirkorov "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı dəstəkləməyə çağırıb. ANS PRESS-in məlumata görə, rusiyalıları Azərbaycan təmsilçisi Fərid Məmmədova səs verməyə çağırıb. Müğənni "Вечерний Ургант" verilişində çıxışında belə deyib.
O, Azərbaycanı "dost" adlandırıb və Fərid Məmmədovun "möcüzəli səsi" olduğunu qeyd edib.
Aparıcı İvan Urqantın sualına cavabında o Azərbaycan təmsilçisinə sevgisinin səbəbini açıqlayıb. "Fəridin möcüzəli səsindən əlavə, onun xareoqrafiya nömrəsində rəqqas Saşa Kuzmenko da iştirak edir. Mən günəşli qonaqpərvər Bakıya səs verməyə çağırırıam". Kirkorov S.Kuzmenkonun onun şoularında çıxış edən qrupun rəqqaslarından biri olduğunu xatırladıb.
Müğənni Azərbaycanın "Eurovision-2013" nömrəsinə prodüserlik etməsi barədə məlumatları təkzib edib. Onun fikrincə Azərbaycanın rəqibləri müsabiqədə Danimarka, Belçika, Niderland və Rusiyadır.