Alman telekanalında Azərbaycanla bağlı film
17 May 2013 18:35 MədəniyyətAlmaniya telekanalında Azərbaycanla əlaqədar film nümayiş olunacaq. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, film Almaniyanın "Kanal Avropa" telekanalında efirə gedəcək. "Azərbaycan mənim həyatımdır" adlı film mayın 18-19-da tamaşaçılara təqdim ediləcək. Dövlət Komitəsindən bildirilib ki, film ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub və ümummilli liderin həyat və yaradıcılığını özündə əks etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31