Məhsəti Gəncəviyə aid guşə açıldı
17 May 2013 16:26 MədəniyyətAMEA Milli Azərbaycan Tarixi Muzeyində Məhsəti Gəncəviyə həsr olunmuş guşə açılıb. AMEA Mili Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Komitəsinin qərarına əsasən, Bakı muzeylərində "Şəxsiyyətimiz sərvətimiz" devizi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, guşələrin yaradılması tövsiyə olunub.
Muzeyin foyesində orta əsr şairəmizin xatirəsinə həsr olunan guşə yaradılıb, burada Gəncə xalçası fonunda Məhsəti Gəncəvinin portreti, XIII əsr Gəncə keramikası, Məhsətinin gözəl şahmatçı olması barədə məlumatları nəzərə alaraq qədim şahmat taxta və fiqurları, XIII əsr çırağı nümayiş etdirilir. ("OLAYLAR"İA)