Nazpəri Dostəliyevanın mətbuat katibi dezinformasiya yayan mənbə haqda danışdı

Xalq artisti haqda yayılan şayiələrə “OLAYLAR” son qoydu

Bu gün Xalq artisti Nazpəri Dostəliyevanın əməliyyat olunması ilə bağlı yayılan xəbər maqazin gündəmində partlayış yaratdı. "Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın İsveçrəyə yollanmasının əsl səbəbi aydınlaşıb" başlığı altında belə xəbər yayıldı: "Press24.az-a daxil olan məlumata görə, müğənni ora plastik əməliyyat etdirmək üçün gedib. Məlumatda bildirilir ki, xalq artisti üzündə estetik əməliyyat aparmaqla yanaşı, həm də çəkisini 8 kq azaldıb". Digər saytlarda yayılan xəbərdə də bu haqda məlumat verilərək informasiyanın Xalq artistinin yaxınları tərəfindən verildiyi qeyd edilib. Mediada yayılan bu cür informasiyaların nə dərəcədə doğru olub-olmamasını araşdırmaq üçün "OLAYLAR" olaraq kiçik araşdırma apardıq. Xalq artistinin mətbuat katibi Mikayıl Hüseynov "OLAYLAR" vasitəsi ilə səfərin əsas məqsədi haqda danışıb: "Napəzri xanım mayın 14-də İsveçrədə Azərbaycan televiziyasının açılışı ilə bağlı dəvəti qəbul edərək bu ölkəyə yola düşüb. Bundan başqa Nazpəri xanım səfər çərçivəsində İsveçdə təşkil ediləcək 58-ci "Eurovision" mahnı müsabiqəsində iştirak edən təmsilçimizi bu ölkədə dəstəyəcək". 
Mikayıl Hüseynovun dezinformasiyaların hansı mənbədən qaynaqlandığını da deyib: "Nazpəri xanım xaricə yollanarkən həmişə bu cür xoşagəlməz yanlış informasiyalar yayılır. Deyə bilmərəm ki, bu məlumatlar sənət yoldaşları tərəfindən yayılıb. Sadəcə onu sevməyən insanlar var ki, onlar Nazpəri xanımın uğurlarını görə bilməyib belə xəbərlər yayırlar. Məlumatda informasiyanın onun yaxınları tərəfindən yayılması deyilir. Eyibdir, heç yaxın adam da belə yanlış informasiya verər?"

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31