Aygün Kazımova Türkiyədə verilişə qonaq olacaq
17 May 2013 16:23 MədəniyyətMüğənninin mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, gecə Bakı vaxtı ilə saat 02.05-də Türkiyənin dövlət televiziyası TRT1 və TRT HD kanallarında populyar "Koptu geliyor" verilişinin mövsüm finalı olacaq və Azərbaycanın xalq artisti Aygün Kazımova da Türkiyədəki orkestri ilə birlikdə sözü gedən birbaşa efirdə canlı mahnılarını səsləndirəcək. Bununla bağlı Türkiyə mətbuatında da xəbərlər yayılmaqdadır. Artıq 2 gündür ki, İstanbulda olan müğənni verilişdə ifa edəcəyi mahnıların məşqlərini edib. Aygün Kazımova ilə bərabər Türkiyənin digər məşhur ifaçıları da bu verilişin qonaqları olacaqlar. Xalq artisti amerikalı repçi Snup Dogla (Snoop Dogg) olan layihəsinin təfərrüatlarını da məhz bu gün canlı efirdə açıqlayacaq. Onu da qeyd edək ki, Aygün Kazımova bu verilişə yeni saç düzümü ilə çıxacaq.