“Həyat yoldaşıma necə müraciət etməyi səndən öyrənməliyəm?”

Məşhur ifaçı İbrahim Tatlısəs yenə də özündən çıxdı

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənnini bu dəfə də özündən çıxardan "Tvitter"dəki təqibçilərindən birinin yazdığı mesaj olub. Tatlısəs həyat yoldaşını Ayşəgül deyə çağırdığı üçün onu tərbiyəsiz adlandıranları milçək hesab etdiyini deyərək cavab verib: "Dostlarım, inciməyin. Aranızda xətrini çox istədiklərim də var. Amma milçək kimi arada dolaşanlar da olduğu üçün sözümü onlara şamil edirəm. Biri xanımımı Ayşəgül deyə çağırdığım üçün məni tərbiyəsiz adlandırır. Həyat yoldaşıma necə müraciət etməyi məgər səndən öyrənməliyəm?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31