Nigar Camal Rusiyada birinci yerə çıxa bilər VIDEO

Müğənni Nigar Camal Rusiyada mükafata layiq görülə bilər

Axşam.az-ın məlumatına görə, sənətçi "Ru TV" tərəfindən keçirilən "Rus musiqi mükafatı" uğrunda yarışmada iştirak edir.
Belə ki, Nigarın Dima Bilanla ifa etdiyi "Obnimi menya" (Qucaqla məni) adlı birgə ifası "İlin ən yaxşı dueti" nominasiyası siyahısında yer alıb.
Müsabiqənin mükafatlandırma mərasimi mayın 25-də Moskvada "Krokus Siti Holl"da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31