Fərid Məmmədov: ““Eurovision”u Azərbaycana qaytarmaq heç də pis fikir deyil”

"Mayın 18-də finalda da layiqli çıxış etməyim üçün var gücümlə çalışacam"

"Səhnəyə çıxanda hər zaman özümə qapanıram və yalnız öz dünyamda oluram. Yarımfinaldakı çıxışımdan əvvəldə eyni hisslər keçirdim. Finalda da heç bir şey haqqında düşünüməyəcəm, yalnız gözəl ifa nümayiş etdirmək, ölkəmi layiqincə təmsil etmək üçün çalışacam". APA-nın məlumatına görə, bunu mayın 16-da keçirilən II yarımfinal mərhələsindən finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Fərid Məmmədov yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib. "Bəlkə Eurovision yarışmasını Odlar Yurduna geri qaytaraq?" sualına cavab olaraq isə təmsilçimiz "Eurovision Odlar Yurduna qaytarmaq fikri heç də pis fikir deyil. Niyə də olmasın? Biz hər zaman buna hazırıq. Mayın 18-də finalda da layiqli çıxış etməyim üçün var gücümlə çalışacam".Finlandiya təmsilçisinin Fərid Məmmədova mətbuat konfransında öz yarışma mahnısına uyğun olaraq "Marry me" ("Mənimlə evlənərsən") deməsinə, Fərid də biganə qalmayıb və "əgər məni tutarsansa evlənərəm" ("Hold me") cavabını verib.Onu da bildirmək yerinə düşər ki, Azərbaycan təmsilçisi mayın 18-də keçiriləcək final mərhələsində ikinci hissədə səhnəyə çıxacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31