Azərbaycanda canlı yayımda söyüşmə
16 May 2013 13:41 MədəniyyətLider Televiziyasında canlı yayımlanan "Lift" realiti şousunda müğənnilər arasında dava düşüb. Qafqazinfo Publika.Az-a istinadən xəbər verir ki, realiti-şounun iştirakçısı olan Elton Hüseynəliyev xanım həmkarı Sevda Kazımovanın özünün dediyi kimi dərsini vermək üçün duelə çağırıb.
Səsvermə zamanı tərəflər arasında dava düşüb. Buna səbəb Eltonun Sevda Kazımovanın arxasınca danışması, onu təhqir etməsi olub. Gizlin çəkilən bu kadrlardan qəzəblənən xanım sənətçi Eltonun üzünə qarşı təhqiramiz ifadələr işlədib; Sən zəif adamsan, nə gündəsən. Qadının arxasınca arvad kimi qeybət edirsən və s. Qarşı tərəf də susmayıb, nəticədə hər iki tərəf kobud şəkildə "söyüşərək" özlərini unudublar. İki tərəfin arasında çaş-baş qalan aparıcı Sərxan Kərəmoğlu söyüşmənin əlbəyaxa davaya çevrilmə təhlükəsini görərək dərhal reklamlara keçid alıb.