“Canlı Tarix” I Beynəlxalq Festival keçiriləcək
16 May 2013 13:21 Mədəniyyət"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "18 May Beynəlxalq Muzeylər günü" münasibətilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Canlı tarix" adlanan I Beynəlxalq festival keçiriləcək. 20-dən artıq ölkə nümayəndəsinin iştirakının nəzərdə tutulduğu festival tarixi məkanların, milli-mədəni dəyərlərin geniş təbliğinə imkan yaradacaq. Festival eyni zamanda müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi, millətlərin yaxınlaşması və mədəniyyətlərarası dialoqun genişlənməsi baxımından da olduqca əhəmiyyətlidir.
Festival iki gün ərzində may ayının 18 və 19-u Qoşa Qala Qapısı Meydanında təşkil olunacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31