Bakıda yas yerində qalmaqal VIDEO

Böyük tamaşaçı auditoriyasının rəğbətini qazanan  "Məhkumlar" bədii televiziya serialının 31-ci bölümündə də bir sıra maraqlı və yaddaqalan hadisələr cərəyan edir.

Zərintac yas içindədir. Solmazın qəfil ölümü, demək olar ki, hamıda şok effekti yaradıb. Hüzr mərasiminə gələnlər arasında Azərbaycan Respublikasının Xalq artisti Amaliya xanım Pənahovanın canlandırdığı Amaliya və Əməkdar artist Sabir Məmmədovun ifa etdiyi Zər Şahmar da var. Onların gəlişi bir çoxlarının təəccübünə, qəzəbinə, xüsusilə də, müstəntiq Rüstəmin marağına səbəb olur. Bu arada Adillə Şahmar arasında yas mərasimlərinə xas olmayan böyük bir qalmaqal yaşanır. Hamının başı yasa qarışarkən Xuraman Solmazın həyatı bahasına dünyaya gətirdiyi körpəsini Zərintacgildən xəlvəti xəstəxanadan çıxarır. Körpəyə baş çəkmək üçün xəstəxanaya gələn Tunzalə bundan xəbər tutsa da, hamıdan gizlədir və müstəntiq Rüstəmlə söhbəti zamanı özü də bilmədən istintaqın gedişinə əhəmiyyətli şəkildə təsir göstərəcək ip ucları verir. Xuramanla oğlu Qalib arasında isə şirkətə rəhbərliklə bağlı böyük bir mübahisə düşür və...

Bütün bu hadisələrin necə nəticələndiyini bilmək istəyirsinizsə, "Məhkumlar" serialının 31-ci seriyasını bu axşam saat 19.10-da ATV kanalında izləməyi unutmayın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31