Ancelina Coli yenidən əməliyyata girir

Bu yaxınlarda süd vəzlərinin kəsilməzi üzrə əməliyyat keçirən tanınmış Hollivud aktrisası Ancelina Coli yenidən əməliyyata hazırlaşır.  Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa bu yaxınlarda yumurtalıqların çıxarılması üçün əməliyyat olunacaq. Bu barədə Amerikanın People jurnalı məlumat verib.  

Qeyd edək ki, Ancelina Coli bu yaxınlarda mastektomiya (süd vəzinin çıxarılması) əməliyyatı keçirib. O, süd vəzi xərçənginin yaranması təhlükəsi ucbatından əməliyyat olunub.

Əməliyyata qədər aktrisada onkoloji xəstəliyin inkişaf etmə ehtimalı 87% idi. Mastektomiya əməliyyatından sonra onda süd vəzi xərçənginin yaranma ehtimalı 5%-ə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31