Məşhur müğənni səhnədə alt paltarı yağışına tutuldu

Enrike İqlesiasın üstünə busqalter atdılar

Musiqi dünyasının latın amerikalı ulduzu Enrike İqlesiasın Nyu-York konsertində ənənə yenə pozulmayıb. ANS PRESS-in Hürriyyət qəzetinə istinadən verdiyi məlumata görə, heç bir konsertini qaçırmayan qadın heyranları Enrikeni "The Hero" turnesi çərçivəsində verdiyi konsertində də tək buraxmayıblar. Dəlicəsinə sevən fanat qızlar müğənninin çıxışı zamanı səhnəyə alt paltarları tullayıblar. Bəli, Enrike busqalter yağışına tutulub. İglesias səhnəyə atılan busqalterlərdən birini götürüb şou yaradaraq tamaşaçıları daha da coşdurub.
Uzun müddəətdir rusiyalı tennisçi Anna Kurnikova ilə evlənəcəyi deyilən Enrike İqlesias, səhnəyə çıxdıqda özəlliklə qadın heyranlarının marağına cavabsız qalmır. Müğənninin pərəstişkarları ilə öpüşdüyü kadrlar yetərincə var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31