Jerar Depardye Çeçenistan prezidentini canlandıracaq

Fransız aktyor yeni filmə çəkillir

Rusiya vətəndaşlığını qəbul etmiş məşhur fransız aktyor Jerar Depardye "Ata ürəyi" filmində rol alacaq. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aktyor 2004-cü ildə öldürülmüş Çeçenistan prezidenti Əhməd Kadırovun obrazını oynayacaq.Film hərbi münaqişədən sonra respublikanın dirçəlməsinə həsr ediləcək. Jerar Depardyenin çəkilişləri Moskva və Qroznıda olacaq daha bir filmdə rol alacağı bildirilir."Firuzə" adlanacaq filmdə Depardyenin tərəf-müqabili britaniyalı aktrisa Elizabet Herli olacaq. Filmdə Depardye qanqster, Herli isə gecə klubunun sahibəsi obrazlarını ifa edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31