“İnəyimin adı Kıvanç Tatlıtuğdur”
Türkiyənin məşhur sənətçilərindən biri olan Nuri Səsigüzel inəkləri çox sevdiyini hətta onlara bir sıra məşhurların adını qoyduğunu deyib
15 May 2013 18:30 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənnilərlə birgə təşkil olunan tədbirdə bu haqda danışan sənətçi inəklərini sağarkən onlar üçün tanınmış və sevilən ifaçıların mahnılarını oxuduğunu deyərək belə əlavə edib: "İnəklərimi çox sevirəm. Hər zaman onlara xüsusi qayğı və diqqətlə yanaşıram. Onlara sevdiyim mədəniyyət xadimlərinin də adlarını qoymuşam. İnəyimin birinin adı Kıvanç Tatlıtuğ, o birisinin adı isə Türkan Şoraydır". Sənətçinin inəklərə məşhurların adını verməsi haaqda sölədiyi fikir gecəyə də damğasını vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31