Hacı Zeynalabdin Tağıyevə aid yeni sənədlər aşkarlanıb
15 May 2013 18:00 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyindən əldə etdiyimiz məlumata görə quruma böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə aid yeni materiallarla zənginləşib. Bu yaxınlarda Cəfər Cabbarlının ev muzeyinin direktoru Gülarə Cabbarlı H.Z.Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın vaxtilə topladığı qiymətli sənədləri Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. 183 səhifədən ibarət qovluqda Hacının xeyriyyəçilik, sahibkarlıq fəaliyyətini əks etdirən arxiv sənədlərinin və qəzet materiallarının surətləri, Sara xanımın atasının layiqli adının bərpası üçün apardığı mübarizənin ayrı-ayrı məqamlarını özündə ehtiva edən məktubları və məqalələri cəmlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31