Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Şəkidə keçirilən konfransda iştirak edib
15 May 2013 17:58 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyindən əldə etdiyimiz məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Şəki şəhərində keçirilmiş "Şəki özü bir muzeydir" adlı respublika elmi-praktik konfransında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları-Elmi fond işləri üzrə direktor müavini -baş mühafiz, t.ü.f.d. M.Zeynalova, Silahlar və Bayraqlar fondunun müdiri, t.ü.f.d. S.Vahabova və Qiymətli metallar fondunun müdiri A.Rüstəmbəyova iştirak edib. "Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Şəki tarixinə dair materiallar" adlı məruzə ilə çıxış edən Sevinc Vahabova Şəkinin maddi-mədəni irsini, onun qədim və zəngin tarixi keçmişini əks etdirən müxtəlif materiallar haqqında məlumat verib. Muzeyin Numizmatika, Etnoqrafiya, Qiymətli metallar və Silahlar və Bayraqlar fondunda qorunan gümüş pul vahidləri, müxtəlif tikmə nümunələri, qızıl və gümüş ziynət əşyaları, Şəki xanlığının bayraqları və başqa ceşidli eksponatlar slayd formasında nümayiş olunub.