Acunun sevgilisi ölkəni tərk edəcək
Məşhur şoumen Acun İlicalının sevgilisinin hansı ölkədə dünyaya övlad gətirəcəyi də müəyyənləşib
15 May 2013 17:45 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yenidən ata olacağını səbrsizliklə gözləyən 44 yaşlı Acun İlicalının 23 yaşlı sevgilisi Şeyma Şubaş körpələrini ABŞ-da dünyaya gətirəcək. Birinci evliliyindən bir, sonrakı evliliyindən iki övladı olan məşhur aparıcı dördüncü körpəsinin ABŞ-da dünyaya gəlməsini istəyib. Aparıcının bu istəyini razılıqla qarşılayan Şeyma artıq bu istiqamətdə bir sıra tədbirlər də görür. Cütlüyün belə addım atmalarının səbəbini isə övladlarının onları tanıyanların diqqətindən kənar bir ölkədə dünyaya gətirmək olub. Yaxın günlərdə ABŞ-a gedəcək Şeyma mediaya verdiyi açıqlamada övladı doğulanadək bu ölkədə qalacağını deyib. Acun sevgilsini daha erkən ABŞ-a yollamaqla həm də Şeymanın hamilə görkəmdə şəkillərinin yayılmasının da qarşısını almış olacaq. Üç qız atası olan aparıcı dünyaya gələcək növbəti övladının oğlan olmasını diləyir.