Gənc istedadların konserti olub
15 May 2013 17:22 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev adına onbirillik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə gənc istedadların konserti keçirilib. Proqrama adları gənc istedadların "Qızıl kitabı"na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, respublika və beynəlxalq müsabiqə laureatları olan musiqiçilərin ifaları salıb.
Tədbirdə Nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, Təhsil sektorunun müdiri Vaqif Babayev, musiqi məktəblərinin direktorları, müəllim və şagirdlər iştirak edib. Konsertdə Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Nərgiz Hüseynova və Emin Hüseynov (violin), 24 nömrəli musiqi məktəbinin şagirdi Yusif Yusifov (klarnet), G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi Atabala Manafzadə (fortepiano), L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi Nəcəf Vəliyev (truba), Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Ceyla Seyidova (violin) və Nərmin Nəcəfli (fortepiano), R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdlər Kamil Həsənov (fortepiano), Bakı Musiqi Akademiyası nəzdində orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Ənvər Kərimov (truba) və Bakı şəhər 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdi İbrahim Nəsrullayevin (vokal) çıxış edib. Gənc istedadların ifasında Azərbaycan və Avropa bəstəkarlarından Müslüm Maqomayev, Qara Qarayev, Lüdviq van Bethoven, Nikolo Paqanini və başqalarının əsərləri alqışlarla qarşılanıb.