Castin Biber qarət olundu

Son vaxtlar adı sürəkli şəkildə qalmaqallarda hallanan kanadalı müğənni, 19 yaşlı Castin Biber qarət olunub. Milli.Az TMZ-yə istinadən bildirir ki, Biber Cənubi Afrika Respublikasındakı Yohannesburq şəhərində FNB stadionunda konsert verərkən oğrular bilet kassasından 330 min dollar oğurlayıblar.
Polisdən verilən məlumata görə, "əməliyyat"a günlərlə hazırlıq görən oğrular yuxarı mərtəbədən aşağıya dəlik açaraq o dəlikdən kanatla düşüblər və pulları götürüb aradan çıxıblar. Oğurlanan pulların bir qismi Biberdən əvvəl stadionda konsert vermiş Con Bon Covininin konsertindən yığılan pullar olduğu deyilir. Polis araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31