Soydaşlarımız Niderlandda keçirilən mədəniyyət festivalında

Niderlandın Brabant əyalətində keçirilən "Cultifestijn 2013" Mədəniyyət Festivalına Niderlandda yaşayan azərbaycanlılar da qatılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, festivalda Azərbaycanı  "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və Niderland Azərbaycanlı Gənclər Birliyi təmsil edib. Festivalda yaraıldan Azərbaycan guşəsi iştirakçılarda böyük maraq oyadıb. Onlar Azərbaycanın milli yeməklərindən- plov, səkərbura, paxlavadan dadaraq, milli musiqimizi dinləyiblər. Qonaqların diqqətini ən çox cəlb edən isə musiqi alətlərimiz və xalçalarımız olub. Festival iştirakçıları Azərbaycan milli geyimində şəkil çəkdirməyə də böyük həvəs göstəriblər. Ziyarətçilərə Qarabağ haqqında, tariximiz, mədəniyyətimiz haqqında qısa məlumat verərək onlara kitablar, açıqcalar hədiyyə ediblər. Hollandiyada yaşayan azərbaycanlı rəssamlar Rasim Hüseynov və Vəfa Rüstəmovanın əsərləri də iştirakçılarda maraq yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31