Məşhur müğənni yorğun olduğu üçün konsertini təxirə saldı
15 May 2013 15:36 Mədəniyyət"Olaylar" İA xəbər verir ki, məşhur müğənni Beyons yorğun olduğuna görə, Belçika konsertini təxirə salıb. Müğənninin mətbuat katibi bildrib ki, həkimlər Beyonce-a istirahət etməyi tövsiyyə ediblər. Məlumatda bildirilir ki, Beyonce konsertlərinə start vermək üçün həkimlərin qərarını gözləyir.
Məşhur müğəninin "Mrs. Carter" adlı dünya turu keçən ay Serbiyanın paytaxtı Belqradda başlayıb və avqustun 5-də Nyu-Yorkda veriləcək konsertlə bitəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31