Bred Pitt: "Ancelina Colinin hərəkəti qəhrəmanlıqdır"
Hollivud aktyoru həyat yoldaşının süd vəzilərini kəsdirməsinə münasibət bildirib
15 May 2013 15:01 MədəniyyətTanınmış Hollivud aktyoru Bred Pitt Ancelina Colinin süd vəzilərini kəsdirməsini qəhrəmanlıq adlandırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor bu əməliyyatı edən bütün qadınları qəhrəman adlandıraraq Coliyə bundan sonra uzun ömür arzuladığını bildirib:
"Onunçün istədiyim yeganə şey bizimlə və uşaqlarla bir yerdə sağlam və uzun ömürdür. Bu bizim ailəmiz üçün xoşbəxt bir gündür".
Xatırladaq ki, "Nyu York Post"un yazdığına görə, aktrisa süd vəzilərində hüceyrə səviyyəsində onkoloji xəstəlik ehtimalına görə onları kəsdirməyə qərar vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31