Tatlısəs öncəki həyat yoldaşlarının qəlbini yenidən qazanmaq istədi

Məşhur türk müğənnisi İbrahim Tatlısəs bir müddət öncə yenidən ata olduğu üçün üsyan “qaldıran” öncəki həyat yoldaşlarının ünvanına xoş söz söyləyib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni həyta yoldaşı olan hər bir qadının onun qəlbində ayrıca yerinin olduğunu söyləyərək belə əlavə edib: "Hər birinin qəlbində özəl yeri var. Analar günü münasibəti ilə də onları ayrılıqda təbrik etdim". Xatırladaq ki, müğənni özünün "Tvitter"dəki rəsmi səhifəsində də "Adalet hanım, Perihan Savaş ve Derya Tunanı analar günü münasibəti ilə təbrik edirəm. Hər biri uşaqlarımın anasıdır. Buna görə hərəsinin ayrılıqda mənim üçün özünəməxsus dəyəri var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31