Brilliant Dadaşovanın adından yayılan mesaj heç bir səhifədə tapılmadı
Brilliant Dadaşovanın mətbuat katibi onun dilindən yayılan məlumatları inkar etdi
14 May 2013 15:13 MədəniyyətBu haqda "OLAYLAR"a açıqlama verən müğənninin mətbuat katibi Seymur Zaxaryaev jurnalistlərin təkidilə Xalq artisti ilə əlaqə saxladığını deyərək yayılan məlumatların yanlış olduğunu söyləyib: "Brilliant xanımla əlaqə saxlayarkən, o belə quraşdırma qalmaqallara cavab verməyəcəyini dedi. Yayılan ifadələri Brilliant xanım səsləndirməyib". "OLAYLAR" olaraq məlumatın dəqiq, ya yanlış olduğunu araşdırmaq üçün qısaca da olsa "Facebook" sosial şəbəkəsində araşdırma apardıq. Nəticədə isə məlumatı nə Xalq artistinin rəsmi profili olan "Brilliant Dadaşova (Süleyman)" səhifəsində, nə də ki, ona bənzər digər səhifələrdə tapa bildik. Bir çox məşhurların fanatları tərəfindən yaradılan saxta profillər olduğu kimi, ola bilər ki, bunu da Brilliant Dadaşovanın adından sui-istifadə edən şəxslər qalmaqal yaratmaq xatirinə yayıb sonradan siliblər.