Tanınmış rusiyalı vokalçı Larisa Andreyeva “Karmen” operasınının tamaşasında çıxış etmək üçün Bakıya dəvət edilib
Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “KARMEN” operasının tamaşası keçiriləcək
14 May 2013 15:13 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Opera və Balet Teatrının rəhbərliyi ilk dəfə olaraq bu tamaşada Karmen partiyasını ifa etmək üçün hazırda Avropada çox populyar olan vokalçılardan biri - K.S.Stanislavski və Vl.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, Vokalçıların M.İ.Qlinka adına və Beynəlxalq "Bellini" müsabiqəsinin "Qran-Pri" mükafatı və qızıl medalının sahibi Larisa Andreyeva dəvət edib. L.Andreyeva bir çox ölkələrin - Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İtaliya, Portuqaliya və Yaponiyanın opera teatrlarında uğurlu qastrol səfərlərində olmuşdur. Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq Opera festivalında o Karmen rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülmüşdür. Xarici KİV-i L.Andreyevanın ifası haqqında yüksək fikirlər söyləyir, onu "dünya operasının divası və ulduzu, parlaq akrtisa adlandırırlar". Oktyabrın 20-də tamaşada L.Andreyeva ilə yanaşı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Xalq Artisti - Əli Əsgərov (Suniqo), Əməkdar Artist İnarə Babayeva (Mikaella), həmçinin gənc və istedadlı vokalçılar - Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Xoze) və Anton Ferştandt (Eskamilio) çıxış edəcək. Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Qeyd edək ki, "Karmen" dünya opera sənətinin inciləri sırasına daxildir və operasevərlərin ən sevimli əsərlərindən biri sayılır.