Eldar Qasımov Fərid Məmmədovun qalibiyyətə yaxın olduğunu deyib

“Eurovision–2011”-in qalibi qalibi Eldar Qasımov İsveçin Malmö şəhərinə səfər edib.

APA-nın məlumatına görə, o, bu gün "Eurovision-2013" yarışmasıının keçirildiyi Malmö şəhərindədir. Eldar Qasımov Azərbaycan təmsilçisi Fərid Məmmədova uğurlar arzulayıb və ölkəmizin bu yarışmada yenə də öz sözünü deyəcəyinə əmin olduğunu vurğulayıb: "Azərbaycanın hər il olduğu kimi bu il də yüksək nəticə əldə edəcəyi istisna deyil. Sözsüz ki, hər il Azərbaycan bu yarışmada öz sözünü deməyi bacarıb və bu il də elə olacaq. Artıq ilk məşqdən təmsilçimiz Fərid Məmmədov diqqətləri cəlb edib və favoritlər arasındadır. Səfərimin məqsədi də məhz ölkəmizə və təmsilçimizə dəstək olmaqdır. Azərbaycan hər il olduğu kimi bu il də qalibiyyətə çox yaxındır. Mayın 16-da Fərid həqiqətən də Azərbaycana layiq şou nümayiş etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31