Aşıq Ulduzun yaradıcılıq gecəsi keçiriləcək

YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilmiş və dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutmuş Azərbaycan aşıq sənətinin qorunması və inkişafı, habelə ustad aşıqların xatirəsinin yad edilməsi, onların zəngin irsinin öyrənilməsi, gənc nəslin aşıq sənətinə olan marağının artırılması, Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan aşıq sənətinin milli mədəniyyətimizin inkişafındakı rolunun artırılması istiqamətində görülən işlərin davamı kimi, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə  14 may tarixində  R.Behbudov adına Dövlət Mahnı Teatrında  Əməkdar mədəniyyət işçisi, "Aşıq Pəri" məclisinin yaradıcılarından olan Aşıq Ulduz Sönməzin yaradıcılıq gecəsini keçirəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31