Türkiyə telekanalının əməkdaşları Azərbaycanda çəkilişlər aparır
14 May 2013 13:35 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyənin "World Travel Channel" telekanalının 4 əməkdaşı Azərbaycanda səfərdədirlər. Səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Türkiyənin "World Travel Channel" telekanalında yayımlanmasıdır.
Bununla əlaqədar cari ilin 8-18 may tarixində Bakıda, Qubada, İsmayıllıda, Şəkidə, Qəbələdə, Lerikdə, Lənkəranda, Naftalanda, Gəncədə çəkilişlərin aparılması nəzərdə tutulub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31