Müğənnilərimiz Rostovda olub

10 May Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətiylə müğənnilərimiz Rusiyanın Rostov şəhərində konsert proqramı ilə çıxış edib

Bu haqda məlumatı təşkilatçı Samir Xattab "OLAYLAR"a məlumat verərkən deyib: "Bakıdan 8 nəfərlik heyətlə çıxıblar və orda çox böyük rəğbət,sevinclə qarşılanıblar.Konsertimiz əla və yüksək səviyyədə keçdi ,orada da erməni təxribatıyla qarşılaşsaq da biz məqsədimizə çatdıq.Biz çox sevinirik ki Rostovda yüksək səviyyədə konsert proqramıyla həmvətənlərimizi sevindirdik. Rostov şəhərinin Mədəniyyət Nazirliyi konsert içtirakçılarını fəxri fərmanla təltif etdib. Konsertdə Anar Nağılbaz, Ramin Şövkətov, Elvin Abbasov, Aşıq Səbuhi Hamletoğlu, Sevda İbrahimova (rəqqasə) iştirak ediblər. Konsertin aparıcılığını Şəhanə Yusifova və Elbrus Əliyev ediblər".

Qeyd edək ki, konsertin Rusiya təşkilatçısı Beynəlxalq dərəcəli jurnalist Adil Zeynalovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31