Faiq Ağayev xanım həmkarının söyüşlərindən dəhşətə gəldi (FOTO)
"Bu nə biabırçılıqdı?
14 May 2013 12:00 Mədəniyyət"Bu nə biabırçılıqdı?" Xalq artisti Faiq Ağayev həmkarı Brilliant Dadaşovanın səhifəsində yazdığı senzuradan kənar ifadələrə belə reaksiya verdi.ANS PRESS-in məlumatına görə, xalq artistləri Aygün Kazımova - Brilliant Dadaşova qalmaqalı fanatlar sayəsində daha da qızışır. Aygün fanatının Brilliant Dadaşovanın "Facebook" səhifəsinə girərək xoşagəlməz sözlər yazması Dadaşovanı özündən çıxarıb. Brilliant fanatın sözlərinə cavab olaraq təhqiramiz ifadələrlə zəngin status yazıb. Bu statusdan xəbər tutan Faiq Ağayev söyüşlərdən dəhşətə gəlib."Bu nə biabırçılıqdı? Bunu qadın, xalq artisti deyir! Dağıl, ey dünya!"- deyərək öz təəssüfünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31