Gədəbəydə qorxulu anlar yaşandı
Yanacaqdoldurma məntəqəsində yanğın olub
14 May 2013 11:39 MədəniyyətGədəbəy şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın olub.ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsinin ümumi sahəsi 35 kv.m olan 3-otaqlı ofisinin 1 otağında divan-kreslo yanıb. Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 10 kv.m sahədə əriyib.Ofisin qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31